Azərbaycan xalqının qəhrəmanlığını əks etdirən yeni bir film işıqlandırıldı. Rusiya istehsalı olan bu sənədli portret film, "Murovdağ Əfsanəsi" adlanır və şəhid Elməddin Vəkilovun qəhrəmanlıq həyatını ətraflı şəkildə təqdim edir.
Filmin çəkilişləri rejissor və ssenarist Elnurə Cəbrayılovanın rəhbərliyi ilə Dəşkəsən rayonunda noyabr ayının ortalarından etibarən başlamış və komanda üzvləri uzun saatlar, günlər və hətta həftələr boyunca Daşkəsən və Moskvada intensiv işləyərək, izləyicilərə Elməddin Vəkilovun yüksək qəhrəmanlığını böyük ustalıqla çatdıra bilmişlər.
Rusiya-Azərbaycan Prezidentlərinə Dəstək təşkilatının üzvü İlqar Əhmədovun təşəbbüsü ilə həyata keçirilən layihədə, operatorlar Fəxrəddin Alıyev və Sənan Hüseynlinin iştirakı ilə çəkilişlər olunub. Filmin ssenarisində sevimli pedaqoq Sevda xanımın, şəhidin haqqında dediyi təsirli fikirlər diqqət çəkir.
Bundan əlavə, şəhid Elməddin Vəkilovun anası Nərgiz xanım və həyat yoldaşı Aynur xanımın Elməddin haqqında əziz xatirələri də filmin kadrlarında yer almışdır. Həmçinin şəhidin qardaşlarının fikirləri də ssenarisist tərəfindən qələmə alınıb. Ən təsirli səhnələrdən biri isə rəhmətlik atasının fikirlərini canlandırmaq olub.
"Xurşhidfilm" studiyasının rəhbəri Elnurə Cəbrayılova bildirmişdir ki, vaxt həqiqətən də qızıldan daha qiymətlidir: "Bunu başa düşmək üçün savad deyil, insani keyfiyyətə malik olmaq yetərlidir. Lakin Vətənin namusu üçün əsl vətənpərvər insanlar hər zaman canlarını və vaxtlarını qurban verməyə hazırdırlar."