Milli Məclisin deputatları Şimali Kipr Türk Respublikasına səfər edəcəklər

Parlament

31 Yanvar 2025, 11:30
Milli Məclisin deputatları Şimali Kipr Türk Respublikasına səfər edəcəklər
156

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov və Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva yanvarın 30-da Şimali Kipr Türk Respublikasının Lefkoşa şəhərinə səfər edəcəklər.

Deputatlar burada Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək “Rauf Raif Denktaş və Dr.Fazıl Kiçik II Beynəlxalq Kipr Araşdırmaları Simpoziumu”nda iştirak edəcəklər. Türkdilli dövlətlərdən olan elm adamlarının iştirak edəcəyi tədbirdə müxtəlif sahələrdə araşdırmalara dair müzakirələr aparılacaq.

Səfər fevralın 2-də başa çatacaq.

 

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Çox oxunanlar