Milli Məclisin sədri Sahibə QafarovaTBMM sədri Numan Kurtulmuşa başsağlığı verib

Siyasət

28 Yanvar 2025, 01:05
Milli Məclisin sədri Sahibə QafarovaTBMM sədri Numan Kurtulmuşa başsağlığı verib
89

Yanvarın 21-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa başsağlığı məktubu ünvanlayıb.

Parlamentin sədri Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insan tələfatı  ilə əlaqədar  TBMM-in sədrinə və deputatlarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib, həlak olanlara Allahdan rəhmət diləyib, xəsarət alanlara şəfa arzularını ifadə edib.

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Çox oxunanlar