Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Sosial

28 Yanvar 2025, 18:40
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
199

Yanvarın 28-də Bakı şəhərində narkotiklə əlaqəli cinayətlərə görə axtarışda olan şübhəli şəxs saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq olunmaqla, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Aslanov Ceyhun zərərsizləşdirilərək xəstəxanaya yerləşdirilib.

Onun yaşadığı ünvandan külli miqdarda narkotik vasitə aşkarlanıb.

Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Çox oxunanlar