Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi (DFJD) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ana dilini unutmuruq” layihəsinə start verilib. Bu haqda saytımıza DFJD-dan məlumat verilib.
Layihənin məqsədi Azərbaycan diasporu üzvləri arasında ana dilinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsinə dəstək vermək, eyni zamanda xaricdə yaşayan azərbaycanlılar arasında dilə bağlılıq hissini gücləndirməkdir. Layihə ilə bağlı fəaliyyətlər əsasən Norveç, Avstriya, Ukrayna, Gürcüstan, ABŞ, Rusiya, Belarus, Niderland, Almaniya, Polşa, Avstraliya və Küveytdəki soydaşlarımızla icra olunacaq.