Oktyabrın 21-də Bakıda Diaspor Fəaliyyətinə Jurnalist Dəstəyi İctimai Birliyi ilə “Xüsusi İnkişaflar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlıq sazişi imzalanıb.
Saziş “Xüsusi İnkişaflar Mərkəzi” MMC-nin direktoru Dmitri Şolomitski və Diaspor Fəaliyyətinə Jurnalist Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə tərəfindən imzalanıb. Sənəd tərəflər arasında uzunmüddətli, sabit və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulmasını nəzərdə tutur.

