Professor Hafiz Paşayevin 85 illik yubileyinə həsr olunmuş məqalə

Təhsil

02 May 2026, 18:43
Professor Hafiz Paşayevin 85 illik yubileyinə həsr olunmuş məqalə
39

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası oxucu və izləyicilərə “Yubileylər silsiləsi” tədbirlər çərçivəsində yazıçı, şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın fəal oxucusu Sayman Aruzun “Azərbaycanın müasir diplomatik və akademik düşüncə tarixində professor Hafiz Paşayev” məqaləsini təqdim edirir.

Müəllif qeyd edir ki, Azərbaycanın müasir diplomatik və akademik düşüncə tarixində ADA Universitetinin rektoru, professor Hafiz Paşayev xüsusi çəkisi olan simalardan biridir. Siyasi və ictimai baxımdan Hafiz Paşayev müasir Azərbaycan elitasının formalaşmasında körpü rolunu oynayan nadir fiqurlardandır. O, sadəcə bir dövrün deyil, bütöv bir milli ideyanın daşıyıcısı kimi çıxış edir.

Pedaqoq, alim Hafiz Paşayevin misilsiz fəaliyyətləri və əvəzsiz xidmətləri bir daha sübut edir ki, fərdi talelər bəzən bütöv bir xalqın tarixində simvolik məna daşıya bilir. O, elmi, diplomatiyanı, təhsili və mədəniyyəti bir araya gətirərək Azərbaycan dövlətçiliyinin intellektual sütunlarından birinə çevrilmişdir. Onun həyat yolu yalnız bir bioqrafiya deyil, həm də müasir Azərbaycanın formalaşma tarixinin canlı bir xronikasıdır.

  Məqalənin yerləşdirildiyi keçid: //drive.google.com/file/d/11aXE8GR6KIhv4svkewl9otLcqalM2g5E/view 

 

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Çox oxunanlar